Azərbaycan Dövlət İnformasiya Agentliyi

Seçici səslərinin 99 faizi yoxlanılıb, Vladimir Putin 76,65 faiz səslə liderdir

19.03.2018 [09:21]

Seçici səslərinin 99 faizi sayılıb, hazırki prezident Vladimir Putin seçici səslərinin 76,65 faizini toplayıb. AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə Rusiyanın Mərkəzi Seçki Komissiyası məlumat yayıb.