MƏDƏNİYYƏT


Pekində Novruz bayramı münasibətilə muğam gecəsi təşkil edilib

Azərbaycanın Çindəki səfirliyinin təşkilatçılığı və Bakı Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə Çinin ən böyük konsert salonu olan Milli İncəsənət Mərkəzində Novruz bayramı münasibətilə “Azərbaycan muğamı gecəsi” təşkil edilib. AZƏRTAC xəbər verir ki, tədbirin açılışında çıxış edən səfir Əkrəm Zeynallı konsertin Çinin siyasi həyatında çox vacib hadisəyə - Si Cinpinin Çin Xalq Respublikasının sədri vəzifəsinə yenidən seçildiyi vaxtda təsadüf etdiyini vurğulayıb...