MƏDƏNİYYƏT


Cəbhə kəndində uşaqların Novruz sevinci - REPORTAJ

Füzuli rayonunun təmas xəttində yerləşən Qazaxlar kəndində Novruz bayramı və baharın gəlişi münasibətilə “Kosanın sürprizi” adlı sosial layihə həyata keçirilib. Kənddə qalanan Novruz tonqalı ətrafında əsl bayram coşqusu yaşanıb. Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) təşəbbüsü və təşkilatçılığı, APRA (Azərbaycan İctimaiyyətlə Əlaqələr Mütəxəssisləri Assosiasiyası), “Ulduz” şokolad fabriki və PROAKTİV şirkətinin tərəfdaşlığı ilə həyata keçirilən layihənin məqsədi cəbhə kəndində yaşayan uşaqlara bayram sevinci yaşatmaq, Novruz adət-ənənələrini təbliğ etmək olub.