MƏDƏNİYYƏT


Parisdə Azərbaycan Mədəniyyət Mərkəzində Novruz bayramı qeyd olunub

Azərbaycan səfirliyinin, “Ulduz” Assosiasiyasının və AsmarArt qalereyasının birgə təşkilatçılığı ilə ölkəmizin Parisdəki Mədəniyyət Mərkəzində Novruz bayramı təntənəli şəkillə qeyd olunub. Novruz fəlsəfəsinin əsasında birliyik və dialoq yaratmaq, insanlar arasında körpü qurmaq olduğu nəzərə alınaraq, bayram tədbirinə Fransada yaşayan Azərbaycan icmasının üzvləri, bu ölkənin incəsənət və mədəniyyət xadimləri, diplomatları, jurnalistlər də dəvət edilib.