Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Novruz bayramı münasibətilə Los-Anceles şəhərində tədbir keçirilib

20.03.2018 [13:23]

Xəbərin mətni
Novruz bayramı münasibətilə Kaliforniyanın Los-Anceles şəhərində geniş tədbir keçirilib. Bu barədə AZƏRTAC-a Azərbaycanın Los-Ancelesdəki baş konsulluğundan məlumat verilib. Kaliforniya Azərbaycan Dostluq Assosiasiyasının (CAFA) təşkilatçılığı ilə keçirilən tədbirdə 250-dən çox qonaq, o cümlədən Azərbaycan icmasının üzvləri, Kaliforniya ştat rəsmiləri, müxtəlif xarici ölkələrin Los-Ancelesdəki baş konsulları, tanınmış elm və mədəniyyət xadimləri, jurnalistlər, həmçinin dost yəhudi, türk, Pakistan, İran, Koreya, və latino icmalarının rəhbərləri iştirak ediblər.