Bakının mərkəzində bayram coşğusu
20.03.2018 [14:17]
Martın 20-dən paytaxtda Novruz festivalı başlayıb. Fəvvarələr meydanında keçirilən festival Mədəniyyət və Turizm Nazirliyi, Milli Turizm Təbliğat Bürosu və Bakı şəhəri Mədəniyyət və Turizm Baş İdarəsinin birgə təşkilatçılığı ilə reallaşıb. Festival çərçivəsində təşkil olunan yarmarkada iştirak edən xarici turistlər və yerli sakinlər ölkəmizin mətbəxini, sənətkarlıq nümunələrini yaxından tanımaq imkanı əldə edib. Əyləncəli tədbirlər qonaqlara bayram əhvalını yaşadıb.