MƏDƏNİYYƏT


Ağsuda III Beynəlxalq Tərəkəmə Çərşənbəsi folklor festivalı keçirilir

Ağsu rayonunun ən iri yaşayış məntəqələrindən olan Gəgəli kəndində III Beynəlxalq Tərəkəmə Çərşənbəsi folklor festivalı keçirilir. Həqiqət Musayev adına Gəgəli kənd ümumi orta məktəbinin Tərəkəmə Folkloru Araşdırma və Təbliğat Qrupu və MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi tərəfindən keçirilən festivala Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Ağsu Rayon İcra Hakimiyyəti, AMEA Folklor İnstitutu, AzGranata MMC və Allprint MMC təşkilati dəstək verirlər.