Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatının Novruz şənliyində təmsil olunub

22.03.2018 [12:49]

Xəbərin mətni
Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) katibliyi Çinin paytaxtı Pekində 21 Mart – Beynəlxalq Novruz Günü münasibətilə tədbir keçirib. AZƏRTAC xəbər verir ki, təşkilata üzv ölkələrin, habelə ŞƏT-də “Dialoq üzrə tərəfdaş” statusu ilə təmsil olunan Azərbaycanın iştirakı etdiyi tədbirə Çin rəsmiləri, Pekində diplomatik korpusun təmsilçiləri və ictimaiyyət nümayəndələrindən ibarət ümumilikdə 400-dən çox qonaq qatılıb.