Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bayram günlərində Quba və Qusar rayonlarına gələn turistlərin sayı xeyli artıb

22.03.2018 [16:27]

Xəbərin mətni
Bayram günlərində Qusar rayonunda yerləşən “Şahdağ” Turizm Mərkəzinin xidmətlərindən gün ərzində orta hesabla minə yaxın turist faydalanır. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bayram günlərində şimal bölgəsinə, o cümlədən Qusar rayonuna gələn turistlərin sayı xeyli artıb. Novruz bayramı münasibətilə elan olunan qeyri-iş günlərində “Şahdağ” Turizm Mərkəzində dincələn qonaqların əksəriyyətini yerli turistlər təşkil etsə də, ziyarətçilər arasında xeyli sayda əcnəbilər də var.