DÜNYA


Türkiyədə avtobus qəzası: 4 sərnişin ölüb, 37 nəfər xəsarət alıb

Türkiyənin Aksaray vilayətində sərnişin avtobusunun aşması nəticəsində 4 nəfər həlak olub, 37 nəfər xəsarət alıb. AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, xəsarət alanlar dərhal Aksaray şəhərindəki xəstəxanalara yerləşdiriliblər. İstanbul-Adıyaman marşrutu üzrə hərəkət edən avtobus Aksaray-Ankara magistralının 30-cu kilometrliyində sürücünün idarəetməni itirməsi nəticəsində qəzaya uğrayıb.