Prezident İlham Əliyev bərdəli fermer Musa Quliyevin pambıq tarlası ilə tanış olub
25.03.2018 [20:20]
Xəbərin mətni
Martın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bərdə rayonunun Cəyirli kəndinin ərazisində fermer Musa Quliyevin 20 hektarlıq pambıq tarlası ilə tanış olub.
AZƏRTAC xəbər verir ki, fermer Musa Quliyev üç ildir pambıqçılıqla məşğul olur.
Prezident İlham Əliyevə məlumat verildi ki, ötən il bu fermer təsərrüfatı tərəfindən 15 hektar sahədə pambıq əkilib və 40,5 ton məhsul götürülüb.