Prezident İlham Əliyev Bərdə türbəsində və Torpaqqala kompleksində əsaslı yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub
25.03.2018 [20:39]
Xəbərin mətni
Martın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əsaslı şəkildə yenidən qurulan Bərdə türbəsində və Torpaqqala kompleksində yaradılan şəraitlə tanış olub.
AZƏRTAC xəbər verir ki, Azərbaycandakı tarixi-dini abidələr ölkəmizin tarixinin zənginliyini sübut edir. Belə abidələrdən biri də Bərdə rayonundakı Bərdə türbəsi və Torpaqqala kompleksidir. Bu məkanın əsaslı şəkildə yenidən qurulması Azərbaycan dövlətinin mədəni irsimizə qayğıkeş münasibətinin bariz nümunəsidir.