DÜNYA


Kemerovoda yanğın nəticəsində ölənlərin sayı 53 nəfərə yüksəlib

Kemerovo şəhərindəki ticarət mərkəzində baş verən yanğında ölənlərin sayı 53 nəfərə yüksəlib. Yanğın qurbanlarının sayının artacağı istisna olunmur. AZƏRTAC “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, İstintaq Komitəsinin son məlumatına görə, indiyədək 9-u uşaq olmaqla, 53 nəfərin cəsədi aşkarlanıb. Həmçinin 16 nəfərin itkin düşdüyü bildirilir. Hadisə nəticəsində xəsarət alan 43 nəfər xəstəxanaya yerləşdirilib.