Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qubadakı XVIII-XIX əsrlərə aid “Günbəzli hamam” tarixi abidəsi bərpa olunub

26.03.2018 [17:57]

Xəbərin mətni
Martın 26-da mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, ABŞ-ın ölkəmizdəki səfiri Robert Sekuta və xanımı Anna Sekuta tarixi abidənin bərpadan sonra açılış mərasimində iştirak etmək üçün Qubaya gəliblər. Təmir-bərpa işləri Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində ABŞ Dövlət Departamentinin Səfirlərin Mədəni İrsin Qorunması Fondunun maliyyə dəstəyi ilə həyata keçirilib.