Novruz bayramı günlərində bir gündə dəmir yolu ilə 3 mindən çox sərnişin daşınıb
27.03.2018 [11:39]
“Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, QSC-nin Sərnişin daşımaları Departamentinin kollektivi Novruz bayramı günlərində gücləndirilmiş iş rejimində çalışıb.
Adi iş günlərində dəmir yolunun xidmətlərindən 2000 sərnişin istifadə edirdisə, bayram günlərində bu rəqəm 3000-3500 təşkil edib.