CƏMİYYƏT


Bakı Beynəlxalq Avtovağzal Kompleksində bir gündə 18 mindən çox sərnişinə xidmət edilib

Bakı Beynəlxalq Avtovağzal Kompleksi martın 15-dən 27-dək gücləndirilmiş iş rejimində çalışıb. Belə ki, adi vaxtda gün ərzində 300-340 nəqliyyat vasitəsilə təxminən 7-8 min sərnişin yola salındığı halda, bayram günlərində 5200-dən çox reyslə 140 mindən çox sərnişin daşınıb. Müqayisə üçün qeyd edək ki, ötən il Novruz bayramı günlərində 4866 reyslə 123 mindən artıq sərnişin daşınıb.