Müdafiə Nazirliyi vətəndaşlara müraciət edib
28.03.2018 [16:37]
Xəbərin mətni
Azərbaycan Respublikası Müdafiə Nazirliyi vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması ilə əlaqədar bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən mövzu ilə bağlı aparılan müzakirələrlə bağlı əhaliyə müraciət edib.
AZƏRTAC xəbər verir ki, müraciətdə bildirilir: “Aprelin 1-dən Azərbaycan Respublikası vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırılması ilə əlaqədar bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən mövzu ilə bağlı müzakirələr aparılır və müxtəlif şərhlər paylaşılır.