RƏSMİ


Prezident İlham Əliyev Beynəlxalq Memarlar İttifaqının nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 29-da Beynəlxalq Memarlar İttifaqının prezidenti Tomas Vonierin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. AZƏRTAC xəbər verir ki, Beynəlxalq Memarlar İttifaqının prezidenti Bakıda gördükləri inkişaf və gözəlliyin onlarda dərin təəssürat hissi yaratdığını dedi və ilk növbədə, paytaxtımızın arxitekturasını uğurla himayə etdiyinə görə Prezident İlham Əliyevə minnətdarlığını və təbriklərini çatdırdı.