Azərbaycan Dövlət İnformasiya Agentliyi

FHN Akademiyasında azərbaycanlıların soyqırımına həsr olunmuş anım mərasimi keçirilib

29.03.2018 [19:09]

Xəbərin mətni
Martın 29-da Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 1918-ci il azərbaycanlıların soyqırımının 100-cü ildönümü ilə əlaqədar anım mərasimi keçirilib. Akademiyanın rəisi, general-mayor Pənah Süleymanov mərasimi açaraq bildirib ki, 1918-ci ilin mart-aprel aylarında tarixi torpaqlarımızın müxtəlif bölgələrində xalqımıza qarşı törədilmiş soyqırımı aktı “böyük Ermənistan” xülyasını gerçəkləşdirmək istəyən erməni-daşnak millətçilərinin məkrli planlarının tərkib hissəsidir.