MƏDƏNİYYƏT


İstanbulda Xalq Yazıçısı Anarın 80 illik yubileyi qeyd olunub

İstanbulda Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq Yazıçısı, görkəmli ədib, ictimai xadim Anarın 80 illik yubileyi qeyd olunub. AZƏRTAC xəbər verir ki, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), AYB, Türk Ədəbiyyatı Vəqfi (TƏV), İstanbul Yeni Yüzil Universiteti və Üsküdar rayon bələdiyyəsinin birgə təşkilatçılığı ilə keçirilən mərasimin açılışında rəsmi şəxslər, diplomatlar, elm və incəsənət xadimləri, yazıçının ailə üzvləri və doğmaları, yazıçı və şairlər, ədəbiyyatsevərlər iştirak ediblər.