MƏDƏNİYYƏT


Bir əli ilə tənbur alətləri düzəldən usta

Zaqatala rayonunun Danaçı kəndində yaşayan tənbur ustası, avar xalqının nümayəndəsi İsmayıl Meqjiyevi digərlərindən fərqləndirən bir cəhət var. 15 il əvvəl xəstələnərək iflic olan, nəticədə sağ qolu tamamilə hərəkətdən qalan İsmayıl usta bir əli ilə gözəl tənbur alətləri hazırlayır.