Daşkəsən-Əmirvar-Qabaqtəpə yolu yenidən qurulur
30.03.2018 [16:23]
Xəbərin mətni
Daşkəsən-Əmirvar-Qabaqtəpə avtomobil yolunun uzunluğu 24,5 kilometr, torpaq və çınqıl örtüklü olmaqla yolun eni isə 4-5 metrdir.
Avtomobil yolu IV texniki dərəcəli və 2 hərəkət zolaqlı olmaqla yenidən qurulur. Yolun hərəkət hissəsi 6 metr olacaq, odur ki, hazırda aparılan torpaq işləri bitəndən sonra 150 min kvadratmetrə yaxın sahəyə 2 laydan ibarət yeni asfalt-beton örtük döşənəcək.