MƏDƏNİYYƏT


Qazaxıstanın Milli Xoreoqrafiya Akademiyasının tələbələri Bakı səhnəsində

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Qazaxıstanın Milli Xoreoqrafiya Akademiyasının tələbələri konsert proqramı ilə çıxış edib. AZƏRTAC xəbər verir ki, konsertdən əvvəl çıxış edən mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva Azərbaycan ilə Qazaxıstanı ümumi tarixi köklər, ortaq zəngin milli-mədəni irs birləşdirdiyini və ölkələrimiz arasında mövcud əlaqələrin günbəgün genişlənməkdə olduğunu deyib.