Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ermənistan silahlı bölmələri sutka ərzində atəşkəs rejimini 105 dəfə pozub

01.04.2018 [10:58]

Xəbərin mətni
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ermənistanın Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı, Qızılhacılı kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Mosesqex, Çinari və Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi və Ağbulaq kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.