RƏSMİ
Prezident İlham Əliyev Ekvadorun xarici işlər nazirini qəbul edib
03.04.2018 [13:47]
Xəbərin mətni
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 3-də Ekvador Respublikasının xarici işlər naziri xanım Maria Fernanda Espinosa Qarsesi qəbul edib.
AZƏRTAC xəbər verir ki, Maria Fernanda Espinosa Qarses Ekvador Respublikasının Prezidenti Lenin Morenonun salamlarını Prezident İlham Əliyevə çatdırdı və Bakıda keçirilən Qoşulmama Hərəkatı çərçivəsində nazirlər konfransında iştirakından məmnunluğunu ifadə etdi.