CƏMİYYƏT


“Aztelekom” regionlarda 4G texnologiyasının tətbiqinə başlayıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Aztelekom" Məhdud Məsuliyyətli Cəmiyyəti Xaçmazda 4G texnologiyasının tətbiqinə başlayıb. Pilot layihə olaraq, Xaçmaz rayonunun Hülövlü və Qaraçı kəndlərində simsiz şəbəkə qurulub, sakinlərin evlərində qəbuledici avadanlıq quraşdırılıb. Bu, abunəçilərin internetlə yanaşı, digər multimedia xidmətlərindən istifadəsinə də imkan yaradır.