DÜNYA


Rusiya Prezidenti Vladimir Putin Ankaraya gəlib

Rusiya Prezidenti Vladimir Putin Türkiyə Respublikasına səfərə gəlib. AZƏRTAC xəbər verir ki, Ankarada Rusiyanın dövlət başçısını rəsmi şəxslər qarşılayıblar. Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Rusiya Prezidenti Vladimir Putinin Mersin vilayətində “Akkuyu” Atom Elektrik Stansiyasının təməlqoyma mərasimində iştirak edəcəkləri planlaşdırılır.