Azərbaycan Dövlət İnformasiya Agentliyi

YouTube-un mənzil-qərargahındakı atışmada ölən və yaralananlar var

04.04.2018 [10:10]

Xəbərin mətni
YouTube-un mənzil-qərargahında atışma olub. AZƏRTAC CNN kanalına istinadla xəbər verir ki, hadisə nəticəsində atəş açmaqda şübhəli bilinən qadın ölüb. Hadisə yerinə həkim, polis və yanğınsöndürən briqadaları cəlb edilib. Xəsarət alan beşə yaxın şəxsin xəstəxanaya aparıldığı bildirilib.