Azərbaycan Dövlət İnformasiya Agentliyi

Moskvada ticarət mərkəzi yanıb

04.04.2018 [14:55]

Xəbərin mətni
Moskvanın şərqində yerləşən “Uşaqlar üçün Persey” ticarət mərkəzində yanğın baş verib. AZƏRTAC RF Fövqəladə Hallar Nazirliyinin məlumatına istinadla xəbər verir ki, yanğın Moskva vaxtı ilə saat 12.30-da Malaya Semyonovskaya, ev 28 ünvanında yerləşən ticarət mərkəzinin dördüncü mərtəbəsində başlayıb. Ticarət mərkəzinə gələnlər və personal da daxil olmaqla, ümumilikdə 300-ə yaxın insan təxliyə edilib.