SİYASƏT


Ali Hərbi Məktəbin kursantları səhra çıxışında praktiki tapşırıqları icra edir

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin tədris planı və proqramına uyğun olaraq, xüsusi avadanlıqlarla təchiz edilmiş təlim poliqonunda bütün ixtisaslar üzrə kursantların intensiv hazırlığı aparılır. Təlimlərdə şəxsi heyət xüsusi və döyüş hazırlığı fənləri üzrə məqbullar verir, eləcə də mərhələlərlə zirehli döyüş maşınları, artilleriya qurğuları və müxtəlif atıcı silahlardan təlim atış çalışmalarını icra edirlər.