Bakı Limanına Çin tərəfindən verilən liman avadanlıqları təqdim olunub
04.04.2018 [16:57]
Xəbərin mətni
"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin Əsas Yük Terminalında Çin Xalq Respublikasının İqtisadi və Texniki Mübadilə üzrə Beynəlxalq Mərkəzinin təqdim etdiyi 34 ədəd liman yükqaldırıcı və yüknəqledici avadanlıqlarının təqdimat mərasimi keçirilib. Ümumi dəyəri 3 milyon 867 min ABŞ dolları həcmində olan avadanlıqlar Azərbaycan və Çin hökumətləri arasında imzalanan qrant müqaviləsi əsasında Bakı Limanına təqdim olunub.