Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xaçmazın kəndlərində yeni subartezian quyuları qazılır

04.04.2018 [17:12]

Xəbərin mətni
Bu il Xaçmazın 4 kəndində yeni subartezian quyusu əhalinin istifadəsinə veriləcək. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ilkin mərhələdə Mollabürhan və Maqsudkənd kəndlərində quyuların qazılmasına başlanılıb. Mollabürhan kəndində qazılan subartezian quyusundan çıxarılan su 800 nəfərdən çox sakinin içməli suya olan tələbatını ödəyəcək.