RƏSMİ


Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər üzrə dövlət nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 4-də Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər üzrə dövlət naziri Ənvər Qarqaşın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. AZƏRTAC xəbər verir ki, dövlət naziri Ənvər Qarqaş Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Xəlifə bin Zayed Al Nəhyanın salamlarını dövlətimizin başçısına çatdırdı. Bakıda keçirilən Qoşulmama Hərəkatı nazirlər konfransının önəminə toxunan Ənvər Qarqaş dövlətimizin başçısı ilə bundan əvvəl keçirilən görüşü məmnunluqla xatırladı.