Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident İlham Əliyev BMT Baş Assambleyasının 72-ci sessiyasının sədrini qəbul edib

05.04.2018 [18:29]

Xəbərin mətni
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 5-də BMT Baş Assambleyasının 72-ci sessiyasının sədri Miroslav Layçakı qəbul edib. AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev Miroslav Layçakın Qoşulmama Hərəkatı çərçivəsində nazirlər konfransında iştirakının önəmini qeyd etdi. Dövlətimizin başçısı ölkəmizin Qoşulmama Hərəkatının gənc, lakin, eyni zamanda, çox fəal üzvü olduğunu bildirdi.

BÖLMƏNİN DİGƏR VİDEOLARI