DÜNYA


İstanbulda xəstəxana yanır

AZƏRTAC “Habertürk”ə istinadən xəbər verir ki, yanğın Taksim İlkiyardım Xəstəxanasının damında başlayıb. Güclü yanğın daha sonra binanın mərtəbələrinə və digər binalara da keçib. Xəstəxanadakı xəstələr və tibbi personal təxliyə edilib. Hadisə yerinə xeyli sayda yanğınsöndürmə briqadaları cəlb olunub, yanğının qarşısının alınması üçün tədbirlər görülür.