Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xaçmazlı təsərrüfatçılar taxıl zəmilərində alaq otlarına qarşı mübarizə tədbirlərinə başlayıblar

06.04.2018 [17:22]

Xəbərin mətni
Xaçmazlı təsərrüfatçılar yaz yemləmə gübrəsinin ardından taxıl zəmilərində alaq otlarına qarşı mübarizə tədbirlərinə başlayıblar. Bunun üçün “Aqrolizinq” ASC-nin Xaçmaz regional nümayəndəliyinə 13 min litrə yaxın herbisid gətirilib.