Azərbaycan Dövlət İnformasiya Agentliyi

İstanbulda yanacaqdaşıyan maşın aşıb

07.04.2018 [10:55]

İstanbulun mərkəzi küçələrinin birində yanacaqdaşıyan maşın aşıb. Hadisə nəticəsində sürücü və daha bir nəfər xəsarət alıb. Məlumata görə, qəza ilə əlaqədar ümumilikdə 12 avtomobil ziyan görüb.