“Zeytun Budağı” əməliyyatının gedişində zərərsizləşdirilən terrorçuların sayı dörd minə yaxınlaşır
07.04.2018 [15:27]
Xəbərin mətni
“Zeytun Budağı” əməliyyatının gedişində indiyədək 3991 terrorçu zərərsizləşdirilib.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələri məlumat yayıb. Bildirilir ki, əməliyyat çərçivəsində bu günə qədər 102 mina və 739 partlayıcı aşkar olunaraq məhv edilib.