Azərbaycan Dövlət İnformasiya Agentliyi

Danimarkada qüllə kitabxananın üzərinə aşdı

07.04.2018 [18:00]

Danimarkanın Vordinqborq şəhərində yerli limanda yerləşən köhnə qüllə uğursuz sökülüb. Köhnə tikilinin təməlini plana uyğun partlatsa da, qüllə gözlənilmədən yaxınlıqdakı kitabxana binasının üzərinə aşıb.