Almaniyada terror: 3 ölü, 50 yaralı
07.04.2018 [19:44]
Almaniyanın cənubunda yerləşən Münster şəhərində yük avtomobili ilə törədilən terror aktı nəticəsində 3 nəfər ölüb, 50 nəfər yaralanıb.
AZƏRTAC xəbər verir ki, “Focus” nəşrinin yaydığı məlumata görə, sürücü yük avtomobilini küçədəki kafenin stolları arxasında əyləşən insanların üstünə sürüb. Məlumata görə, zərərçəkənlərin 6-sının vəziyyəti ağırdır.