Müdafiə Nazirliyi: Ermənistan ordusunun təxribatının qarşısı qətiyyətlə alınacaq
09.04.2018 [16:47]
Xəbərin mətni
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi bəyanat yayıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, son günlər Ermənistan mətbuatı ölkənin rəsmi qurumlarına istinadla növbəti dəfə təxribat xarakterli məlumatlar yaymaqla ictimaiyyətdə yanlış fikir yaradaraq qoşunların qarşıdurma xəttində gərginliyi artırmağa cəhd göstərir.