Azərbaycan Dövlət İnformasiya Agentliyi

ABŞ-da türk restoranında güclü yanğın

10.04.2018 [11:19]

ABŞ-ın Nyu-Cersi ştatında yerləşən türk restoranında yanğın olub. Güclü yanğında 5 nəfər xəsarət alaraq xəstəxanalara çatdırılıb. Restoranın yuxarı mərtəbəsində olanlar eyvandan və yanğın nərdivanlarından tullanaraq qurtulmağa çalışıblar.