Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şimal bölgəsinin daha 10 kəndinin qazlaşdırılmasına başlanılıb

10.04.2018 [18:05]

Xəbərin mətni
SOCAR “Azəriqaz” İstehsalat Birliyi tərəfindən şimal bölgəsinin daha 10 kəndinin ilk dəfə “mavi yanacaq”la təmin olunması üçün işlərə başlanılıb. Qubanın rayon mərkəzindən 12 kilometr uzaqda yerləşən Ərməki kəndində qaz xəttinin çəkilməsi işlərinin 50 faizi artıq yekunlaşıb. Dağlıq ərazidə yerləşən yaşayış məntəqəsində işlər tam başa çatdıqdan sonra 176 abonent ilk dəfə “mavi yanacaq”dan istifadə etmək imkanı qazanacaq.