Prezident seçkilərini 894 beynəlxalq müşahidəçi izləyəcək
10.04.2018 [18:35]
Xəbərin mətni
Aprelin 11-də keçiriləcək Azərbaycan Respublikası Prezidenti seçkilərini 894 beynəlxalq müşahidəçi izləyəcək. Onlar 61 beynəlxalq təşkilatı təmsil etməklə 59 ölkənin vətəndaşlarıdır. Seçkilər 125 seçki dairəsi üzrə 5641 seçki məntəqəsində keçiriləcək. Səkkiz namizədin iştirak edəcəyi seçkiləri 51 xarici KİV-in 118 təmsilçisi işıqlandıracaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov aprelin 10-da keçirdiyi mətbuat konfransında məlumat verib.