SİYASƏT


İlyas Umaxanov: Əminik ki, Azərbaycan xalqı düzgün seçim edəcək

AZƏRTAC xəbər verir ki, Bakı şəhəri, 29 saylı Səbail seçki dairəsinin 2 saylı seçki məntəqəsində səsvermənin başlanmasını müşahidə edən İlyas Umaxanov Azərbaycan xalqını ölkənin həyatında çox mühüm siyasi hadisə - prezident seçkiləri münasibətilə təbrik edib.
“Biz MDB PA-dan beynəlxalq müşahidəçilər olaraq Mərkəzi Seçki Komissiyasının çox dəqiq və sistemli işini görürük. Mən Azərbaycanda prezident seçkilərini artıq 4-cü dəfədir müşahidə edirəm. Həm təşkilatçılıq, həm də əhval-ruhiyyə seçkidən-seçkiyə yaxşılaşır, həmçinin seçki qanunvericiliyi mükəmməlləşir", - deyə İlyas Umaxanov vurğulayıb.