Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şimal bölgəsindəki məntəqələrdə seçicilər səsvermədə fəal iştirak edirlər

11.04.2018 [11:38]

Xəbərin mətni
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şimal bölgəsinə aid Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarında seçicilər 6 seçki dairəsinin tərkibindəki 367 məntəqədə səs verirlər. Bu regionda qeydə alınan seçicilərin sayı 282 min 293 nəfərdir. Onlardan 4 min 719 nəfəri ilk dəfə səs verən gənclərdir. Bölgənin ən yaşlı seçicisi isə Siyəzən rayonunun Böyük Həmyə kəndinə yaşayan 109 yaşlı Nəzimə Dəmilovadır.