Azərbaycan Dövlət İnformasiya Agentliyi

Əlcəzairdə təyyarə qəzası: 200 hərbçi ölüb

11.04.2018 [12:58]

Əlcəzairdə Rusiya istehsalı olan “İl-76” hərbi-nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində 200-dən çox hərbçi ölüb. Hadisə aprelin 11-də yerli vaxtla səhər saatlarında ölkənin şimalında yerləşən Bufarik hava limanı yaxınlığında baş verib.