RƏSMİ


Prezident İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının baş katibinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 12-də Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) baş katibi Rəşid Əlimovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. AZƏRTAC xəbər verir ki, Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi Rəşid Əlimov Azərbaycan xalqının güclü dəstəyi ilə seçkilərdə qazandığı inamlı qələbə münasibətilə dövlətimizin başçısını səmimi qəlbdən təbrik etdi və seçkiləri müşahidə etmək üçün dəvətə görə minnətdarlığını bildirdi.