Azərbaycan Dövlət İnformasiya Agentliyi

Salyan-Neftçala avtomobil yolu təmir olunub

12.04.2018 [17:31]

Xəbərin mətni
Salyan və Neftçala rayonlarını birləşdirən 45 km uzunluğunda olan respublika əhəmiyyətli avtomobil yolu əsaslı şəkildə təmir olunub. Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, təmir-tikinti işləri zamanı yolun köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri olan yerlərdə yolun yararsız qruntu qazılaraq çıxarılıb, əvəzinə çınqıl materialı tökülərək kipləşdirilib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI