Azərbaycan Dövlət İnformasiya Agentliyi

ABŞ Fransa və Böyük Britaniya ilə birgə Suriyaya qarşı hərbi əməliyyata başlayıb

14.04.2018 [10:11]

Xəbərin mətni
ABŞ Suriyaya qarşı hərbi əməliyyatı Fransa və Böyük Britaniya ilə birgə həyata keçirir. Bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə çıxışı zamanı bildirib. Onun sözlərinə görə, hazırda hava zərbələri Suriya hökumətinə məxsus kimyəvi silah istehsalı obyektlərinə endirilir.